Bank Of Baku

MSK-nın “qaynar xətt”inə 200-ə yaxın müraciət daxil olub

MSK-nın “qaynar xətt”inə 200-ə yaxın müraciət daxil olub
# 17 mart 2008 14:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Mərkəzi Seçki Komissiyasında (MSK) seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı yaradılmış “qaynar xətt”ə bu günə qədər 200-ə yaxın müraciət daxil olub. MSK-nın “Seçkilər” İnformasiya Mərkəzindən APA-ya daxil olan məlumata görə, müraciətlərin əksəriyyəti seçicilərin yaşadıqları yerdə daimi qeydiyyatda olmaması və buna görə seçici siyahılarına düşməmələri ilə bağlıdır. Bundan əlavə, seçicilərin adlarının siyahılarda olmasına baxmayaraq, onlara seçici vəsiqəsinin verilməməsi, siyahılarda seçicilərlə bağlı səhv məlumatların yerləşdirilməsi, ümumiyyətlə, bəzi seçicilərin adlarının siyahılarda göstərilməməsi halları da var. Müraciətlərin seçki komissiyaları ilə bağlı olan hissəsi MSK tərəfindən dərhal həll edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR