Bank Of Baku

Quba aşkar edilən kütləvi məzarlıqda təkrar sürüşmənin olması ehtimalı var

Quba aşkar edilən kütləvi məzarlıqda təkrar sürüşmənin olması ehtimalı var
# 17 mart 2008 14:30 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat sahəsinin təhlükəsizliyini təmin etmək məqsədilə təcili mühafizə tədbirləri görülməlidir. Ona görə də, bayram günləri olmasına baxmayaraq, üç nəfərdən ibarət heyət martın 21-də Qubaya gedəcək. Heyət uçmanın nəticələrini aradan qaldırmaqla yanaşı, həm də arxeoloji qazıntılara hazırlıq aparmalıdır. Nəmişlik əsasən quyu və quyuların ətrafında yarandığından həmin sahədə təkrar sürüşmənin olması ehtimalı var”. Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O bildirib ki, sürüşmənin qarşısının alınması üçün quyuların ətrafına qoruyucu dirəklər vurulub: “Əgər torpaq uçması bir də təkrarlansa, onda bizim 6 aylıq əziyyətimiz hədər gedəcək. Havaların istiləşməsi bu təhlükəni artırır. Biz yubanmadan arxeoloji qazıntılara başlamalıyıq”.
Qeyd edək ki, 1918-ci ildə ermənilərin qətlə yetirdiyi azərbaycanlıların sümüklərinin olduğu kütləvi məzarlıq 2007-ci il aprelin 2-də aşkar olunub. Həmin il iyulun 13-dən dekabrın 29-na kimi ərazidə arxeoloji qazıntılar aparılıb. Havaların soyumasından sonra tədqiqatlara müvəqqəti fasilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR