Bank Of Baku

Bakıda Çanaqqala savaşının 93-cü ildönümü ilə bağlı tədbir keçirilib

Bakıda Çanaqqala savaşının 93-cü ildönümü ilə bağlı tədbir keçirilib
# 17 mart 2008 15:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Çanaqqala savaşının 93-cü ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə səfirliyin nümayəndələri, universitetin müəllim və tələbə heyəti, Azərbaycanda təhsil alan türkiyəli tələbələr iştirak edib. Tədbirdə çıxış edən səfirin müşaviri Ərkan Özoral Çanaqqala müharibəsində 252 min türk əsgərinin şəhid olduğunu xatırladaraq bildirib ki, onlardan 1200-ü Azərbaycan türkü olub. Müşavir 1915-ci ildə türk xalqının imperialist dövlətlərə qarşı birlik nümayiş etdirdiyini və ölkənin ərazi bütövlüyünün qorunduğunu vurğulayıb. Tədbirdə iştirak edən digər şəxslər də tarixi hadisə ilə bağlı öz fikirlərini söyləyiblər. Çanaqqala savaşının ildönümü ilə bağlı qarşıdakı günlərdə Slavyan, Texniki, Bakı Dövlət universitetlərində, Anadolu liseyində tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR