Amerikalı ekspert: “ABŞ Ermənistana sanksiyalar tətbiq etməyi düşünür”
- Həmin dövrdə təkcə bu məqam deyil, bir sıra çox maraqlı hadisələr də baş verib. Həmin vaxt müşahidə olunan hadisələr zənciri Azərbaycan-Ermənistan münaqişəsi ətrafında son on ildə qeyd alınmayıb. Bu, region üçün çox intensiv dövr idi. Atəşkəsin pozulması Ermənistanda daxili siyasi böhranla, ABŞ-ın rəsmi İrəvana qarşı sanksiyalar tətbiq edəcəyi barədə təhdidlərlə, Rusiya və ABŞ-ın həm Azərbaycana, həm də Ermənistana küllü miqdarda sərmayə yatırması ilə eyni vaxta düşdü. Atəşkəsin pozulması bir daha göstərdi ki, bu region çox həssas bölgədir. Region ətrafında baş verən maraqlı hadisələr çox olduğu üçün mən cəbhə xəttində atəşkəsin pozulması faktlarının çox olacağını ehtimal edirəm. Hesab edirəm ki, Rusiya ilə ABŞ bu məsələdə fərqli yanaşmalar nümayiş etdirəcəklər. Amerika və Qərb vəziyyətin daha da gərginləşməməsi üçün əlindən gələni edəcəklər.
- Rusiyanın Azərbaycan və Ermənistana külli miqdarda sərmayə yatırdığını dediniz. Bu halda rəsmi Moskva niyə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsini istəyir?
- Rusiya indiki anda doğurdan da vəziyyətin daha da gərginləşməsində maraqlıdır. Ruslar bilirlər ki, Qərb, xüsusən də ABŞ iki ölkə arasında müharibənin başlamasını istəmir. ABŞ Azərbaycanla Ermənistana külli miqdarda investisiya qoyub və ruslar bilirlər ki, bu bölgədə vəziyyətin gərginləşməsi Amerikaya təsir edəcək. Amerikalılar isə gərginliyin qarşısını almaq üçün hər bir vasitəyə əl atacaqlar. Onlar sanksiyalardan istifadə edə bilərlər, hətta siyasi hədə-qorxu gələ bilərlər. ABŞ-ın vəziyyətə nəzarət etmək üçün bir neçə üsulu var. Mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı Kondoliza Raysın ofisi ilə söhbət etdim. Onlar mənə dedilər ki, dövlət katibinin bu mövzu ilə bağlı dedikləri kontekstdən çıxarılıb. Lakin Amerika Ermənistana qarşı sanksiyalar barədə hələ 2007-ci ilin mart ayından düşünməyə başlayıb. Keçən il prezident Buş Ermənistana tətbiq ediləcək sanksiyalar çərçivəsində bu ölkəyə göstərilən maddi yardımın 50 faiz, hərbi yardımın isə 30 faiz kəsilməsini istəyirdi. Bilirsiniz ki, 2007-ci ilin martında Ermənistan İranla qaz boru kəmərinin çəkilməsi barədə razılaşma imzalayıb. ABŞ-İran münasibətləri barədə isə danışmaq artıqdır. Ağ Evin sanksiyalarla bağlı planlarını neytrallaşdırmaq üçün rəsmi İrəvan İranla müəyyən mənada münasibətlərinə yenidən baxmalı oldu. Lakin Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsi və hər iki ölkənin müharibə haqqında düşünməsini nəzərə alaraq ABŞ Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsini yenidən gündəmə gətirib. Amerika hesab edir ki, Ermənistan qonşu Azərbaycandan çox kasıb olduğu üçün sanksiyalar onlara ciddi təsir edən arqumentdir. İqtisadi yardımların kəsilməsi Ermənistan üçün çox əhəmiyyətli məsələdir. Hesab edirəm ki, Amerika Azərbaycana da təsir edir. Lakin bu iki ölkə arasında olan münasibətlər diaspora faktoruna görə Ermənistanla ABŞ arasında olan münasibətlər kimi çox üzdə deyil. Məndə olan məlumatlara görə, ABŞ və Fransa Azərbaycanla Ermənistan arasındakı gərginliyi aradan götürmək üçün hər iki tərəfin görüşünü təşkil etmək istəyir. Bu görüşlərdən biri aprel ayında NATO sammitində baş tuta bilər.
- İrəvanda martın 1-də polislə nümayişçilər arasında baş verən toqquşma 8 günahsız insanın ölümü ilə nəticələndi. Lakin Qərbin bu hadisələrə münasibəti gözlənəndən çox zəif oldu. Bu, qəribə deyilmi?
- Əmin deyiləm ki, hadisələrin belə inkişaf etməsi ABŞ-dakı erməni diasporunun fəaliyyətinin nəticəsi idi. Qərbin reaksiyası daha çox bu an baş verən siyasi proseslərlə bağlıdır. Məndə olan məlumata görə, prezident Buş eyni zamanda Ermənistana ayrılan vəsaitin artırılması barədə də düşünür və ölkədə vəziyyətin gərgin olması barədə çox səs salmaq istəmir. Üç ay bundan əvvəl prezident Buş və ABŞ Dövlət Departamenti 2009-cu ildə Ermənistana nə qədər vəsaitin ayrılması barədə məsləhətləşmələrə başlayıblar. Buş administrasiyası Ermənistana əlavə olaraq 3 milyon dollar maliyyə yardımı və 300 min dollar hərbi yardımın ayrılmasını xahiş edib. Lakin əlavə yardımın təkcə Ermənistana yox, Azərbaycana da verilməsi nəzərdə tutulub. Ağ Ev Rusiyanın regionda daha çox nəzarəti əlinə keçirməsindən narahatdır və Ermənistana daha çox pul verməklə onları geri almaq istəyirlər.
- Lakin Buş administrasiyası artıq bəyan edib ki, 2009-cu ildə Ermənistana ayrılan yardım 59 faiz az olacaq...
- Bu məsələ hələ müzakirə səviyyəsindədir. Amerikalılar vəziyyətin necə cərəyan edəcəyini gözləyirlər. Bundan sonra onlar ya sanksiyalar tətbiq edəcəklərini, yardımı azaldacaqlarını və ya əksinə, artıracaqlarını müəyyənləşdirəcəklər. Hər şey Ermənistan dövlətinin onlara verəcəyi cavabdan, Azərbaycana qarşı təcavüzün dayandırılmasından, Qərbə meyllənməsindən asılıdır. Mənim eşitdiyim söhbətlərə görə, Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay keçiriləcək NATO sammitində görüşü keçirilə bilər. Bu görüş Amerika və Fransanın vasitəçiliyi ilə baş tutmalıdır. Mən şəxsən bu görüşün hadisələrin gələcək inkişafına mühüm təsir göstərəcəyini gözləyirəm. Lakin qarşıdan gələn həftələrdə mühüm hadisələr baş verə bilər.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub