Bank Of Baku

Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı yarana bilər

Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı yarana bilər
# 18 mart 2008 08:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Şanxay əməkdaşlıq təşkilatına bənzər Xəzəryanı əməkdaşlıq təşkilatı yarana bilər. APA-nın “RİA Daqestan” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Xəzəryanı ölkələr Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iştirakı ilə beynəlxalq forumun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir. Məlumatı verən mənbə hesab edir ki, bu ölkələrin əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni beynəlxalq strukturun yaranmasına ehtiyac var. Bu təşkilat innovasiya iqtisadiyyatının yaradılmasına, region əhalisinin həyatının standartlarını təmin etmək üçün istehsalatın iqtisadi effektivliyini radikal surətdə yüksəltməyə xidmət edəcək. Təşkilatın yaradılması məqsədi ilə Dərbənddə “Narın-Qala” adlı beynəlxalq iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Güman edilir ki, bu forum Avrasiya Davosu ola bilər. Tədbirin nə vaxt keçiriləcəyi barədə Dağıstanın Azərbaycandakı nümayəndəliyində məlumatsız olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR