Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Azərbaycanda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri Azərbaycanda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edib
# 18 mart 2008 09:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Çanaqqala savaşının 93-cü ildönümü münasibətilə Azərbaycanda şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, 1918-ci ildə Bakının Osmanlı dövlətinin Qafqaz İslam Ordusu tərəfindən azad edildiyi barədə iştirakçılara məlumat verildikdən sonra səfir abidənin önünə çələng qoyub. Sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib. H. Kılıç Xatirə Kitabına imza atdıqdan sonra Şəhidlər Xiyabanını ziyarət edərək, əbədi məşəl abidəsinin önünə əklil qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR