Bank Of Baku

Rusiya səfirliyi Azərbaycanın Prezident Kitabxanasına kitablar hədiyyə edib

Rusiya səfirliyi Azərbaycanın Prezident Kitabxanasına kitablar hədiyyə edib
# 18 mart 2008 11:04 (UTC +04:00)
Kitabxananın direktoru Mail Əhmədov Novruz bayramı ərəfəsində belə bir hədiyyə qəbul etməkdən çox məmnun qaldıqlarını söyləyərək, bu ənənənin davam edəcəyinə ümidvar olduğunu deyib: “Biz də öz tərəfimizdən səfirliyin əməkdaşlarına kitabxana-informatika xidmətləri göstərəcəyik”. Səfir Vasili İstratov isə kitabxana ilə tanış olarkən səfirlik tərəfindən əvvəllər hədiyyə edilmiş internet resurslarından istifadə olunduğunu görməkdən məmnunluq duyduğunu və bu gün təqdim edilən kitablara da tələbat olacağına əminliyini vurğulayıb. Tədbirin sonunda səfir kitabxana rəhbərliyinə rus klassiklərinin əsərləri, Böyük Vətən Müharibəsi haqqında nəşrlər və poeziya nümunələrindən ibarət 81 nüsxə kitab hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR