Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə daha 3 namizəd irəli sürülüb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə daha 3 namizəd irəli sürülüb
# 18 mart 2008 11:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin seçilməsi məqsədilə ixtisaslaşmış səhiyyə, sağlamlıq və ekologiya qrupunun yığıncağı keçirilib. APA-nın məlumatına görə, bu qrup üzrə 26 QHT qeydiyyatdan keçib. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova, Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin sədri Kamran Mahmudov və Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin prezidenti Qəmzə Yusifova şura üzvlüyünə namizəd seçiliblər.
Qeyd edək ki, prezidentin sərəncamı əsasında yaradılan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tərkibinə 8 QHT və 3 hökumət nümayəndəsi daxil ediləcək. Şuranın sədri, müavini və katibi seçki yolu ilə müəyyənləşəcək. Hər şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR