Bank Of Baku

Həsən Kərimov: “Seçki Məcəlləsi ilə bağlı son qərar qəbul olunmayana kimi aksiyalara başlamağı düşünmürük”

Həsən Kərimov: “Seçki Məcəlləsi ilə bağlı son qərar qəbul olunmayana kimi aksiyalara başlamağı düşünmürük”
# 18 mart 2008 11:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azadlıq” bloku Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin Milli Məclisə göndərilməsini və bu dəyişikliklərin edilməsini gözləyir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, əgər blokun qanunla bağlı irəli sürdüyü təkliflər nəzərə alınmasa, o zaman ardıcıl olaraq kütləvi aksiyalar keçiriləcək. O, hazırda blok daxilində mitinqlərlə bağlı müzakirələrin getdiyini də qeyd edib: “Amma biz qanunla bağlı son qərar verilməyənə kimi aksiyalara başlamağı düşünmürük. Çünki indiki məqamda mitinqlər keçirməyə yalnız Seçki Məcəlləsi zəmin yaradır. Amma qanunla bağlı son qərar bəlli olmadığından aksiya keçirməyə ehtiyac görmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR