Bank Of Baku

Xələf Xələfov MDB-nin icraçı katibi Sergey Lebedevi qəbul edib

Xələf Xələfov MDB-nin icraçı katibi Sergey Lebedevi qəbul edib
# 18 mart 2008 12:03 (UTC +04:00)
Bakı APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan MDB-nin icraçı katibi Sergey Lebedevi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Xələfov təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini və xüsusilə iqtisadi münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb. S. Lebedev də təşkilatın fəaliyyətinin effektivliyi üçün müvafiq tədbirlərin görülməsinə ehtiyac olduğunu söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR