Bank Of Baku

Milli QHT Forumu Azərbaycan hökumətini ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin vasitəçilik xidmətindən imtina etməyə çağırıb

Milli QHT Forumu Azərbaycan hökumətini ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin vasitəçilik xidmətindən imtina etməyə çağırıb
# 18 mart 2008 12:42 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Milli QHT Forumunda “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamə ilə bağlı müzakirələr aparılıb. APA-nın xəbərinə görə, Milli QHT Forumunun sədri, millət vəkili Azay Quliyev BMT Baş Assambleyasında qəbul olunan qətnamənin Azərbaycan üçün uğur olduğunu bildirib: “Bununla bir daha Azərbaycanın haqlı mövqeyi müdafiə olundu”. Milli QHT Forumunun qətnamənin qəbuluna dəstək verən ölkələrə minnətdarlığını çatdıran A. Quliyev deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin ABŞ, Fransa və Rusiyanın qətnamənin əleyhinə səs verməsi təəssüf doğurur. Forumun İdarə Heyətinin üzvü Rauf Zeyni qurum adından qətnamə ilə bağlı hazırlanan bəyanatı təqdim edib. Bəyanatda bildirilib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin qətnamə ilə bağlı nümayiş etdirdikləri mövqe onların vasitəçilik missiyasını davam etdirməyə mənəvi haqlarını sual altına qoyub. Bəyanat müəllifləri Azərbaycan hökumətini həmsədr ölkələrin vasitəçilik xidmətindən imtina etməyə, təxirə salınmadan bu məsələ haqqında ATƏT-lə müzakirələrə başlamağa çağırıblar. Forumun üzvü, millət vəkili Gülər Əhmədova çıxışında ATƏT-in Minsk Qrupunun fiaskoya uğradığını qeyd edərək qurum adından bununla bağlı ölkə prezidentinə müraciət etməyin lazımlı olduğunu deyib. Tədbir iştirakçıları məsələ ilə bağlı ölkə prezidentinə müraciət edilməsini məqsədəuyğun sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR