Bank Of Baku

Müsavat Partiyası seçki qərargahı yaradıb

Müsavat Partiyası seçki qərargahı yaradıb
# 18 mart 2008 13:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında seçkilərlə bağlı proqram hazırladıqlarını və proqramın yerinə yetirilməsi üçün seçki qərargahının əvvəlcədən formalaşdırılmasının vacib olduğunu bildirib. Artıq seçki qərargahının ilk toplantılarının keçirildiyini, iş bölgüsü aparıldığını deyən A. Hacılı ümumi işə özünün rəhbərlik etdiyini vurğulayıb. Müsavatın seçki proqramında mitinqlərin keçirilməsinə xüsusi önəm verilməməsi ilə bağlı yayılan məlumatlara gəldikdə, A. Hacılı bunun doğru olmadığını qeyd edib: “Biz əvvəlki seçkilərdə olduğu kimi, builki prezident seçkisində də mitinqlərə xüsusi yer verəcəyik. Çünki seçki kampaniyasını kütləvi aksiyalarsız təsəvvür etmək mümkün deyil”. A. Hacılı təkcə kampaniya dövründə yox, ondan əvvəl də seçkiqabağı demokratik şəraitin yaradılması, Seçki Məcəlləsində islahatların aparılması üçün kütləvi aksiyaların keçirilməsinin zəruri olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR