Bank Of Baku

Avropa Şurası Parlament Assambleyasının aprel sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının aprel sessiyasının gündəliyi açıqlanıb
# 18 mart 2008 13:26 (UTC +04:00)
Bundan başqa həmin gün Slovakiya prezidenti İvan Qasparoviçin AŞ PA sessiyasında çıxışı gözlənilir. Aprelin 15-də isə Avropa İnsan Hüquqları Məhkəməsinə seçkilər keçiriləcək, Avropanın müsəlman icmalarının ekstremist təsirlərə məruz qalması, qurumun insan hüquqları komissarı Tomas Hammarberqin illik hesabatı, Belarusda məhkəmə sisteminin səlahiyyətlərini aşması kimi məsələlər müzakirə olunacaq. Sessiyanın ikinci günü Almaniyanın kansleri Angela Merkel və Slovakiya xarici işlər naziri Yan Kubişin çıxışları nəzərdə tutulub. Aprelin 16-da Avropa İnsan Hüquqları Məhkəməsinə seçkilərin davamı keçirilə bilər. Həmin iş gününün gündəliyinə Ukraynanın baş naziri Yuliya Timoşenkonun çıxışı, qanuni abort imkanları əldə etmək, yeniyetmələr və uşaqlar arasında intihar hallarının artması kimi məsələlər ətrafında ümumi müzakirələr aparılması daxildir. Sessiyanın dördüncü iş günündə Fransanın xarici illər naziri Bernard Kuşnern çıxışından sonra parlamentarilər Avropa ədəbiyyatının tədrisinin inkişafı, Voyvocinada milli azlıqların və Serbiyada rumın milli azlığının vəziyyətinə da məruzələri dinləyəcəklər. Sessiyanın son iş gününün gündəliyinə isə Saxaradan Avropaya immiqrasiya, həmçinin turizmin inkişafı məsələləri ətrafında müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR