Bank Of Baku

AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib

AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı müzakirələr keçirilib
# 18 mart 2008 14:57 (UTC +04:00)
İclasda iştirak edən Milli Məclisin AŞ PA-kı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi məlumata görə, Azərbaycanla bağlı müzakirələr çox konstruktiv keçib: “İclasda Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova və qurumun digər üzvləri Azərbaycanla bağlı məlumat veriblər. Novruz bayramı ilə bağlı əfv fərmanının gözlənilməsi, Azərbaycanla Venesiya Komissiyası arasında münasibətlərin konstruktiv şəkildə cərəyan etməsi, media problemləri, insan haqları sahəsində problemlərlə bağlı müzakirələr balanslaşdırılmış şəkildə keçirilib”. İclasda Monitorinq Komitəsi çərçivəsində müzakirələrin davam etdirilməsi, iyunda isə Azərbaycanla bağlı ümumi müzakirələrin təşkil olunması qərara alınıb. Ona qədər isə həmməruzəçilər məruzənin ilkin variantını hazırlayıb Monitorinq Komitəsinə təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR