Bank Of Baku

Azərbaycanın kommunist partiyaları bir-biri ilə əməkdaşlığı mümkün saymır

Azərbaycanın kommunist partiyaları bir-biri ilə əməkdaşlığı mümkün saymır
# 23 mart 2008 10:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanda əməkdaşlıq edilməsi mümkün olan və sağlam bünövrəyə malik kommunist partiyası yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinin sədri Rauf Qurbanov deyib. O bildirib ki, Azərbaycanda sol təmayüllü siyasi partiyaları özündə birləşdirən bloka ehtiyac olsa da, bunun yaranması mümkün deyil. R. Qurbanov bunun səbəblərini də açıqlayıb: “Azərbaycanda fəaliyyət göstərən digər kommunist partiyaları ilə blok təsis etməyin perspektivi yoxdur. Çünki azacıq gərginlik yaranan kimi bu partiyalar məsuliyyəti öz üzərilərindən ata bilərlər. Onların birliyi daha çox qum topasına bənzəyir. Külək əsən kimi bu qum topası sovurulub dağılacaq”. O, gələcəkdə belə bir birliyin mümkünlüyünü də istisna etməyib: “Azərbaycanda təşkilatı problemləri həll olunan kommunist yönümlü partiyalar formalaşarlarsa, onlarla əməkdaşlığa və ya blok təsis etməyə razı olarıq”.
AKP-nin digər qanadının sədri Ələsgər Xəlilov isə solçu partiyaların blokunun yaradılması ilə bağlı keçmiş partiya rəhbəri Rüstəm Şahsuvarovun təşəbbüsünü tənqid edib. Ə. Xəlilov deyib ki, R. Şahsuvarov partiyada müzakirə olunmadan solçu partiyaların blokunun yaradılması ilə bağlı işlərə başlandığı haqda bəyanatlar verib. Bu da partiya daxilində narazılıq yaradıb. Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun hər hansı blokda təmsil olunması müzakirə mövzusu deyil. O, qurumda təşkilatı işlərə önəm verildiyini və hazırda bu istiqamətdə tədbirlər görüldüyünü deyib: “Partiyadaxili işlər öz həllini tapdıqdan sonra bu barədə düşünmək olar. Hələlik isə partiya heç bir blokun yaradılmasında iştirak etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR