Bank Of Baku

Baş konsul Elin Süleymanov: “İrəvanın apardığı məsuliyyətsiz siyasət ona gətirib çıxardı ki, Ermənistanla qonşu olan bütün 4 dövlət BMT Baş Assambleyasında onun əleyhinə səs verdi” - EKSKLÜZİV

Baş konsul Elin Süleymanov: “İrəvanın apardığı məsuliyyətsiz siyasət ona gətirib çıxardı ki, Ermənistanla qonşu olan bütün 4 dövlət BMT Baş Assambleyasında onun əleyhinə səs verdi” - <font color=red>EKSKLÜZİV</font>
# 24 mart 2008 09:17 (UTC +04:00)
- Bu yaxınlarda Kaliforniyada fəaliyyət göstərən erməni diasporunun üzvləri bəyanat yayaraq, Azərbaycanı qonşu Ermənistana qarşı “parçala və idarə et” siyasəti yürütməkdə günahlandırıblar. Bu “ittihamlara” münasibətiniz necədir?
- Həmin bəyanat mənim üçün də gözlənilməz oldu. Bilirsiniz ki, Azərbaycanın nə indi, nə də bundan sonra kiminsə daxili işlərinə qarışmaq niyyəti var. Bunu Azərbaycan hökuməti apardığı siyasətlə sübut edib. Əksinə, erməni tərəfi daxili siyasi qarşıdurmasına Azərbaycanı da cəlb etmək istəyirdi. Birincisi, Ermənistanda keçirilən prezident seçkiləri Azərbaycanın işğal olunmuş ərazilərində də təşkil olunmuşdu. Bundan sonra İrəvanda hakimiyyətlə müxalifət arasında baş verən qanlı toqquşmalardan diqqəti yayındırmaq üçün erməni iqtidarı cəbhə xəttində hərbi təxribata əl atdı. İndi də diasporun bəzi üzvləri bəyan edirlər ki, ermənilər arasında yaranmış siyasi fikir ayrılığına görə Azərbaycan məsuliyyət daşıyır. Gözlənilən olsa da, Ermənistanın mövcud problemlərinə görə Azərbaycanın günahlandırılması absurddur. Çünki İrəvanda etiraz aksiyaları keçirən Azərbaycan və azərbaycanlılar deyildi. Heç mitinqçilərə güllələri da Azərbaycan əsgərləri atmırdı. Bir daha bəyan edirəm ki, Azərbaycanın Ermənistanda baş verən daxili siyasi böhranda heç bir rolu yoxdur və bu siyasət davam edəcək. Bundan başqa, Azərbaycan heç kimi “parçalamaq” və “idarə etmək” niyyətində də deyil. Şübhəsiz ki, indiki erməni iqtidarında Azərbaycan ərazisində fəaliyyət göstərən separatçılar təmsil olunur. Lakin onların addımlarına görə Azərbaycanı ittiham etmək düz deyil.
- Necə hesab edirsiniz, Azərbaycan Ermənistanda müşayiət olunan daxili siyasi böhrandan narahatlıq keçirməlidirmi?
- Azərbaycan tərəfi ümid edir ki, qonşu ölkədə cərəyan edən siyasi böhran bütün regiona qeyri-stabillik gətirməyəcək. Lakin gəlin, bir daha yaranmış vəziyyətə diqqətlə baxaq. Bizim regionumuz sürətlə inkişaf edir. Azərbaycan, Gürcüstan və digər xalqlar güclü əməkdaşlıq şəbəkəsi qurur. Ermənistan da bu regional uğurun bir hissəsi ola bilərdi. Lakin əvəzində rəsmi İrəvanın özünü təcrid etmə və əhəmiyyətsiz aqressiv etnik təmizləmə siyasətinə üstünlük verməsi bəhrəsini verir. Ermənistan bu siyasətlə öz gələcəyini qurban verməklə yanaşı, işğalçı mahiyyəti və etnik təmizləmələri ilə Azərbaycana da zərər vurur. Ermənistanda bu gün müşahidə olunan reallıq zora və etnik dözülməzliyə köklənən siyasətin nəticəsidir. Bu baxımdan, Ermənistan siyasətçilərinin regionun və millətlərinin gələcəyi üçün Azərbaycanla uzunmüddətli sülh və əmin-amanlığa gəlmələrini anlamaları vacibdir. Əlbəttə, ermənilər özləri qərar verməlidirlər ki, onların ölkələrini kimlər irəli aparmalıdırlar. Burada bir məqama diqqət yetirmək çox vacibdir. BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı” qətnaməyə səsvermədə Ermənistanın bütün 4 qonşusu qətnaməni dəstəklədi və Ermənistana qarşı çıxdı. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə və səsvermədən sonra BMT katibliyinə xüsusi bəyanat göndərərək layihəni dəstəklədiyini bəyan edən İrandır. Ermənistan hökumətinin sözçüsü qətnamənin lehinə səs verən bütün ölkələri “qeyri-sivil” adlandırdı. Lakin Baş Assambleyada tam təklikdə qalmaq faktı rəsmi İrəvana heç bir mesaj yollamırsa, onda heç olmasa, ətrafında olan bütün sərhəd ölkələrin Azərbaycan ərazilərinin işğalını dayandırmasını tələbi etməsi Ermənistana təsir etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR