Bank Of Baku

Azərbaycanın Rusiyadakı səfiri: “ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə salıblar”

Azərbaycanın Rusiyadakı səfiri: “ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə salıblar”
# 25 mart 2008 09:08 (UTC +04:00)
APA-nın “Nezavisimaya” qəzetinə istinadən verdiyi məlumata görə, Moldova prezidenti Vladimir Voroninin Dnestryanı münaqişənin yaxın vaxtlarda ölkənin ərazi bütövlüyü çərçivəsində sülh və qarşılıqlı anlaşma mexanizmi əsasında həll ediləcəyi barədə bəyanatına münasibət bildirən Azərbaycan səfiri Kosovo deyil, məhz bu presedentin digər konfliktlərin həlli açarı olacağını istisna etməyib. P.Bülbüloğlu bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlardan sona qədər istifadə edəcək.
BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermənin yekunlarına münasibət bildirən səfir bəzi dövlətlərin kimin təzyiqi altında bitərəf mövqe tutmasını məlum olduğunu vurğulayıb: “Qətnamənin əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə saldılar. Bununla vasitəçiliyin əsas prinsipi bitərəflik pozulub. Bu cür nümayəndələr necə vasitəçi ola bilər?”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR