Bank Of Baku

ABŞ-ın Corctaun Universitetində Azərbaycanla bağlı konfrans keçirilib

ABŞ-ın Corctaun Universitetində Azərbaycanla bağlı konfrans keçirilib
# 26 mart 2008 08:56 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, “ABŞ-Azərbaycan münasibətləri: mürəkkəb regionda enerji və təhlükəsizlik” mövzusunda keçirilən konfransda hər iki ölkədən yüksək səviyyəli şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, ölkəmizin NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev və Xarici İşlər Nazirliyinin planlaşdırma və strateji analiz departamentinin rəhbəri Tofiq Musayev çıxış ediblər. Tədbirdə həmçinin ABŞ dövlət katibinin müavinin müşaviri Metyu Brayza, məşhur yazıçı və Pultzer mükafatının lauriatı Daniel Ergin və Milli Müharibə Kollecinin nümayəndəsi Ceyms Makdouqal da iştirak edib. Bu gün həmçinin Corctaun Universitetində Azərbaycanla bağlı foto sərginin açılışı olub. Sərgi 4 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR