Bank Of Baku

Azərbaycanın millət vəkilinin oğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb - YENİLƏNİB

Azərbaycanın millət vəkilinin oğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 26 mart 2008 12:37 (UTC +04:00)
E. Şükürlünün sözlərinə görə, E. İsmayılova hələlik hər hansı ittiham irəli sürülməyib: “Etimad İsmayılov Avroasiya Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahidbidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Bu həbs həmin şirkətin rəhbərliyinin sifarişi əsasında olub. Arbitaj Məhkəməsinin həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənədi də var”. E. Şükürlü bildirib ki, hazırda E. İsmayılovun bu məsələ ilə bağlı dindirilməsi üçün Çeylaginskə aparılması gözlənilir: “Etimad İsmayılov Azərbaycan vətəndaşıdır. Onun Azərbaycan rəsmi qurumlarından xahişi ondan ibarətdir ki, bu məsələ diqqətdə saxlanılsın. Etimad İsmayılov məsələnin Moskvada araşdırılmasını istəyir. Çünki bu məsələdə Çelyabinskinin hüquq-mühafizə orqanları maraqlı tərəfdir. Ona görə də məsələnin orada ədalətlə araşdırılması mümkün deyil”.
E. Şükürlü deyib ki, onlarda olan digər məlumata görə, həmin şəxslər Etimad İsmayılovu bir müddət əvvəl Moskvada qətlə yetirilmiş erməni iş adamının qətlinin sifarişçisi kimi ləkələmək istəyir.
E. Şükürlü onu da bildirib ki, artıq məsələ ilə bağlı E. İsmayılovun atası, millət vəkili və Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə telefonla danışıb, ondan məsələni diqqətdə saxlamağı xahiş edib.
İlyas İsmayılov isə APA-ya bildirib ki, oğlu ona vəkili vasitəsilə günahsız olması barədə xəbər göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR