Bank Of Baku

Bakıda insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq tədbir keçirilir

Bakıda insan alverinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq tədbir keçirilir
# 27 mart 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquliyev-APA. Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ-ın Ədliyyə Departamenti və ATƏT-in maliyyə dəstəyi ilə “İnsan alverinə qarşı mübarizə” beynəlxalq tədbir öz işinə başlayıb. APA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının, Amerika Hüquqşünaslar Assosiasiyasının və digər təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi insan alverini müasir dövrün quldurluğu adlandırıb: “Bu cinayətin qurbanları məcburi əmək və ya seksual istismara məruz qalırlar. Hər il 800 minə yaxın insan digər dövlətlərə aparılır, milyonlarla insanlar öz dövlətlərinin hüdudlarında insan alverinin qurbanına çevrilirlər. Seksual istismara məruz qalan qadınlar insan alverinin əsasını təşkil edir. Bununla yanaşı təxminən 12 milyon 300 min uşaq və kişi insan alverinin cinayətinin qurbanına çevrilərək məcburi əməyə cəlb olunurlar” Səfir Azərbaycanın bu problemə qarşı mübarizə sahəsində üzərinə öhdəlik götürməsini alqışlayıb və ABŞ-ın insan alverinə qarşı mübarizə istiqamətində Azərbaycana hər cür dəstək verəcəyini vurğulayıb. Qeyd edək ki, tədbirə sabah yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR