Bank Of Baku

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
# 28 mart 2008 09:15 (UTC +04:00)
MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə 15 məsələ daxil edilib. Müzakirə olunacaq məsələlər sırasında Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümünə hazırlıq prosesi, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin fəaliyyətinin effektivliyinin artırılması, MDB çərçivəsində çoxmərhələli xarici-siyasi məsləhətləşmələrin aparılması planının müzakirəsi, 2008-ci il üzrə Fəaliyyət Planının təsdiqi və sair məsələlər daxildir. Bundan başqa iclasda Abxaziya ərazisində sülhməramlı missiya həyata keçirən kollektiv qüvvələrin yeni komandanın təyin edilməsi məsələsinə də baxılacaq. Bu posta general-mayor Sergey Çernomırdinin namizədliyi irəli sürülüb. Xarici işlər nazirləri həmçinin MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyini də təsdiq edəcəklər. Toplantının sonunda MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və tarixi müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR