Bank Of Baku

Akif Nağı: “Qarabağ Azadlıq Təşkilatına yeni sədr seçilə bilər”

Akif Nağı: “Qarabağ Azadlıq Təşkilatına yeni sədr seçilə bilər”
# 28 mart 2008 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) növbəti qurultayında sədr dəyişikliyi ola bilər. Bu barədə APA-ya təşkilatın sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, QAT-da sədrliyə iddialı digər şəxslər də var və onlar qurultayda öz iddialarını ortaya qoyacaqlar. A. Nağının sözlərinə görə, QAT-ın növbəti qurultayı bu il mayın 30-da keçiriləcək və hazırda qurultaya hazırlıq işləri gedir. Qurultayda qurumun ötən müddət ərzindəki fəaliyyəti ilə bağlı hesabat, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müzakirə olunacaq, qurumun rəhbər qurumlarına yeni seçkilər keçiriləcək. Hələlik qurultayın keçiriləcəyi yeri müəyyənləşdirilməyib. A. Nağı ötən dövrdə QAT-a kollektiv şəkildə bir sıra qurumların qoşulduğunu qeyd edib. Qeyd edək ki, QAT 2000-ci ildə yaradılıb və sonuncu qurultayı 2003-cü ildə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR