Bank Of Baku

Avropa Şurasının rəhbərliyi Hollandiyada çəkilmiş İslamı təhrif və təhqir edən filmi pisləyən bəyanatla çıxış edib

Avropa Şurasının rəhbərliyi Hollandiyada çəkilmiş İslamı təhrif və təhqir edən filmi pisləyən bəyanatla çıxış edib
# 29 mart 2008 08:31 (UTC +04:00)
APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, onlar bəyan ediblər ki, holland siyasətçisi Heyert Vildersin filmi cəhalət, xurafat və vahimə ilə bağlı çox pis manipulyasiyadır: “Bu filmdə ekstremistlərə böyük yer ayrılıb, onların maraqlarına xidmət edən adi bir təbliğatdır. Film Avropada yaşayan və İslama sitayiş edənləri kədərləndirəcək, çünki onlar zorakılığı rədd edir və ümumbəşəri dəyərləri qəbul edirlər. İnsan haqları üzrə Avropa Konvensiyasının qoruyucusu olan Avropa Şurasının baş katibi və onun müavini kimi biz fikir azadlığını dəstəkləyirik, lakin bu film məyusluq və narahatçılıq doğurur. Bu gün Avropa demokratiyası üçün çox qəmgin gündür, çünki onun əsas prinsiplərinin bir çoxu dözümsüzlük və təhqiredici stereotiplərin büruzə verilməsi üçün istifadə olunur. Avropanın bütün ölkələrində yaşayan və müxtəlif dinlərə aid olan əhalisinin əksəriyyəti dialoq və Avropa dəyərlərinə hörmət olunacağına inanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR