Bank Of Baku

Səfa Mirzəyev: “Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər hələlik Milli Məclisə daxil olmayıb”

Səfa Mirzəyev: “Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər hələlik Milli Məclisə daxil olmayıb”
# 29 mart 2008 08:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər hələlik Milli Məclisə daxil olmayıb. Bu barədə APA-ya Azərbaycanın Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. Aparat rəhbəri hər iki sənədə əlavə və dəyişikliyin müzakirəyə hazır olduğunu deyib. Onun sözlərinə görə, Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişiklik istənilən vaxt parlamentə göndərilə bilər: “Biz hər iki sənədin parlamentə daxil olmasını gözləyirik. Bu sənədlər bu gün də, bir həftə sonra da Milli Məclisə göndərilə bilər”.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR