Bank Of Baku

Azərbaycanın xarici işlər naziri NATO sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gedəcək

Azərbaycanın xarici işlər naziri NATO sammitində iştirak etmək üçün aprelin 2-də Buxarestə gedəcək
# 29 mart 2008 09:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 2-də Rumıniyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi NATO-nun Buxarestdə keçiriləcək sammitində iştirak etməkdir. Qeyd edək ki, sammitin gündəliyinə daxil olan əsas məsələlər arasında Avroatlantik məkanda enerji təhlükəsizliyi də var. Müzakirə olunacaq digər əsas məsələlər isə NATO-nun genişləndirilməsi, NATO-nun Əfqanıstan və Kosovoda apardığı sülhyaratma əməliyyatları, Şərqi Balkanlarda vəziyyət və s.-dir.
Aprelin 4-dək Buxarestdə səfərdə olacaq E. Məmmədyarovun bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR