Bank Of Baku

Şimali Kipr Türk Respublikası parlamentinin üzvü Azərbaycanda səfərdədir

Şimali Kipr Türk Respublikası parlamentinin üzvü Azərbaycanda səfərdədir
# 29 mart 2008 09:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Kipr türkləri yunanlarla bir yerdə yalnız federasiya şəklində qurulacaq dövlətdə yaşaya bilər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentinin Ulusal Birlik Partiyasından olan millət vəkili Şərifə Ünverdi deyib. O bildirib ki, Kipr yunanları özlərini adanın sahibi kimi aparırlar və bu mövqelərini beynəlxalq aləmə də qəbul etdiriblər: “Türklərlə yunanların Kiprdə bir dövlət içində yaşaması mümkün deyil. Yunanlar Kipr türklərini öz işçiləri kimi görürlər. Türk cəmiyyəti yalnız hər iki dövlətin bərabərhüquqlu təmsilçiliyi ilə yaradılacaq federasiya quruluşunu məqbul saya bilər. Biz yalnız Türkiyənin zaminliyi ilə belə bir razılaşmanı dəstəkləyə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR