Bank Of Baku

Açıq Cəmiyyət Partiyasının digər müxalifət partiyaları ilə apardığı danışıqlar nəticəsiz başa çatıb

Açıq Cəmiyyət Partiyasının digər müxalifət partiyaları ilə apardığı danışıqlar nəticəsiz başa çatıb
# 29 mart 2008 09:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Eks-spiker Rəsul Quliyevin təklifi ilə onun lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) digər müxalifət partiyaları ilə apardığı danışıqlar nəticəsiz başa çatıb. Bu barədə APA-ya ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva məlumat verib. O, eks-spikerin tapşırığı əsasında Müsavat, Liberal, Xalq Cəbhəsi partiyalarının və “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri ilə görüşərək prezident seçkilərində əməkdaşlıqla bağlı müzakirə apardığını xatırladıb. Z. Dünyamalıyeva bildirib ki, partiyalarla heç bir razılıq əldə olunmasa da, “Azərbaycan Naminə” İctimai Forumla seçkilərdə iştirak barədə ilkin razılaşma əldə edilib: “AXCP və ALP rəhbərləri seçkiləri boykot edəcəklərini söylədilər, Müsavat başqanı isə seçkiyə öz namizədləri ilə qatılacaqlarını bildirdi. Bununla da onlar bizim əməkdaşlıq təklifimizə birmənalı “yox” dedilər. Biz belə bir əməkdaşlığı vacib sayır və onun baş tutmasını çox istəyirdik. Amma onlar istəmirlərsə, öz işləridir. Buna görə də danışıqların davam etdirilməsinə ehtiyac görmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR