Bank Of Baku

Beş müxalifət təşkilatı prezident seçkilərində əməkdaşlıq barədə saziş imzalayacaq

Beş müxalifət təşkilatı prezident seçkilərində əməkdaşlıq barədə saziş imzalayacaq
# 29 mart 2008 10:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Beş müxalifət təşkilatı bu il keçiriləcək prezident seçkilərində əməkdaşlıq etmək barədə saziş imzalamağa hazırlaşır. Bu barədə APA-ya Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, “beşlər” formatında fəaliyyət göstərən partiyalar seçkilərdə bütün istiqamətlərdə öz fəaliyyətlərini əlaqələndirməyə çalışacaqlar. Partiyalar vahid namizəd irəli sürə bilməsələr də, seçkilərə müxalifətin vahid nəzarət sisteminin yaradılması, birgə müşahidəçilik, müxtəlif məsələlərdə vahid mövqedən çıxış etmək, namizədlərin bir-birinə qarşı kampaniya aparmaması və həmçinin, ikinci tura keçəcək namizədin digərləri tərəfindən müdafiə olunması məsələsində razılığa gələcəklər: “Bu variant vahid namizəd ideyasından sonra ən ideal variantlardan biridir. Yaradılacaq koalisiyanın seçkidən sonrakı şərtləri də əvvəlcədən razılaşdırılmalı və ictimaiyyətə elan olunmalıdır. Sonra kim bu şərtlərə əməl etməyəcəksə, ictimaiyyət özü bunu qiymətləndirməlidir”. Qeyd edək ki, “beşlər” formatında ADP, Müsavat, AMİP, Tərəqqi Partiyası və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR