Bank Of Baku

DSM mayın 12-də keçirməyə planlaşdırdığı mitinqə Yeni Azərbaycan Partiyasını da dəvət edəcək

DSM mayın 12-də keçirməyə planlaşdırdığı mitinqə Yeni Azərbaycan Partiyasını da dəvət edəcək
# 29 mart 2008 10:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratik Seçki Mərkəzinin (DSM) mayın 12-də keçirəcəyi mitinqə Yeni Azərbaycan Partiyası (YAP) da dəvət ediləcək. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında deyib ki, 12 may mitinqi ilə bağlı hazırlıqlara başlanıb və apreldə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Aksiyanın keçiriləcəyi yerin müəyyənləşməsi ilə bağlı isə hələlik DSM-də müzakirələr aparılır. Qeyd edək ki, bu barədə DSM-in martın 28-də Sədrlər Şurasının toplantısında qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR