Bank Of Baku

Gürcüstan Milli Hərəkat Partiyasının baş katibi Kvemo Kartlinin qubernatoru təyin edilib

Gürcüstan Milli Hərəkat Partiyasının baş katibi Kvemo Kartlinin qubernatoru təyin edilib
# 29 mart 2008 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Mixail Saakaşvilinin fərmanı ilə Zurab Melikişvili qubernator vəzifəsindən azad edilib və onun əvəzinə bu posta hakim Milli Hərəkat Partiyasının baş katibi David Kirkitadze təyin olunub. M. Saakaşvili martın 28-də Bolnisi rayonuna səfər edərək yeni qubernatoru əhaliyə təqdim edib. Elə həmin gün Rustavi şəhər bələdiyyəsində regional idarəçilik üzrə dövlət naziri David Tkeşelaşvili və yeni qubernatorun iştirakı ilə toplantı keçirilib. D. Tkeşelaşvili gördüyü işlərə görə sabiq qubernator Z. Melikişviliyə təşəkkür edib. Sonra D. Kirkitadze çıxış edərək öz planları haqda iştirakçılara məlumat verib.
Qeyd edək ki, Z. Melikişvili mayın 21-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR