Bank Of Baku

Yeni Azərbaycan Partiyası prezident seçkilərinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir

Yeni Azərbaycan Partiyası prezident seçkilərinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir
# 29 mart 2008 11:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Yeni Azərbaycan Partiyası bu il keçiriləcək prezident seçkilərinə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir və növbəti mərhələdə yalnız rəsmi olaraq namizədin irəli sürülməsi barədə qərar qalıb”. Bu açıqlamanı APA-ya YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı verib. Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı partiyanın ali orqanın toplantısı keçiriləcək və burada ölkə prezidenti İlham Əliyevin prezidentliyə növbəti dəfə namizədliyi irəli sürüləcək. O, qurultayın vaxtının hələlik dəqiqləşmədiyini qeyd edib: “Qurultayın çağırılması Nizamnaməyə uyğun olaraq həyata keçiriləcək. Bunun üçün sədrin sərəncamı olmalı və yaxud Siyasi Şura və ya İdarə Heyəti qərar verməlidir. Sədr nə zaman məsləhət bilsə, o zaman qurultay keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR