Bank Of Baku

İosif Şaqal: “Erməni soyqırımı” məsələsini İsrail parlamentinin müzakirəsinə çıxarmaq istəyən qüvvələr var”

İosif Şaqal: “Erməni soyqırımı” məsələsini İsrail parlamentinin müzakirəsinə çıxarmaq istəyən qüvvələr var”
# 29 mart 2008 13:08 (UTC +04:00)
“Vəziyyəti dramatikləşdirmək lazım deyil. Məsələ müzakirəyə çıxarılsa belə, İsrailin soyqırımı məsələsinə münasibəti birmənalıdır. İsrail dövləti heç bir soyqırımı tanımır. Əgər erməni soyqırımı tanınırsa, onda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktı da tanınmalı, Ukraynadakı “Qolodomor” da soyqırımı kimi qəbul olunmalıdır”. İ. Şaqalın sözlərinə görə, İsrailin öz dövlət maraqları, strateji maraqları var: “Bu, müttəfiqlik, təhlükəsizlik və digər ölkələrdə yaşayan yəhudilərin taleyi ilə bağlı anlayışlardır. Ermənistanda yəhudilər demək olar ki, yoxdur. İsrail bir yəhudiyə təsir edə biləcək addımı heç vaxt atmayıb və atmayacaq. Azərbaycanda yəhudilər hər zaman çox gözəl yaşayıb və yaşayır, Azərbaycanın İsrail ilə yaxşı münasibətləri var. Biz bu münasibətləri pozmaq istəmirik. Azərbaycan və Türkiyə bizim regionda real müttəfiqlərimizdir, Türkiyə ilə bizim çox ciddi münasibətlərimiz var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR