Bank Of Baku

Vaşinqtonun mərkəzində uydurma “erməni soyqırımı”na həsr olunmuş muzey tikiləcək

Vaşinqtonun mərkəzində uydurma “erməni soyqırımı”na həsr olunmuş muzey tikiləcək
# 29 mart 2008 14:22 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. ABŞ-ın Tarixi abidələrin qorunması üzrə müşahidə komissiyası (HPRB) Vaşinqtonun mərkəzində uydurma “erməni soyqırımı”na həsr olunmuş muzeyin yaradılacağını təsdiqləyib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, ABŞ Milli Bankının qədim binasının restavrasiyası nəticəsində yaradılacaq muzeyin qarşısında saxta soyqırımla bağlı memorial kompleks də qoyulacaq. Kompleks Ağ Evdən bir neçə addım aralıda yerləşəcək. Məsələyə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik deyib ki, adı çəkilən komissiya müstəqil qurumdur və işi sadəcə, yeni inşa olunan binaların arxitekturasının müəyyən meyarlara uyğun olub-olmadığını yoxlamaqdan və tikintiyə icazə verməkdən ibarətdir. Diplomatın sözlərinə görə, muzeyin yaradılmasında ABŞ-ın rəsmi dövlət qurumlarının heç bir rolu yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR