Bank Of Baku

Səməd Seyidov: “Avropa Şurası Ermənistanda keçirilən prezident seçkilərini lazımınca dəyərləndirməyib”

Səməd Seyidov: “Avropa Şurası Ermənistanda keçirilən prezident seçkilərini lazımınca dəyərləndirməyib”
# 30 mart 2008 10:54 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Onun sözlərinə görə, Ermənistanda antidemokratik, hüquq normalarına zidd keçirilən prezident seçkiləri bəzi beynəlxalq təşkilatlar, həmçinin də Avropa Şurası tərəfindən lazımınca dəyərləndirilməyib. O, bununla bağlı AŞ PA Bürosunda məsələ qaldırdığını da diqqətə çatdırıb: “Avropa Şurası insan hüquqları, qanunun aliliyi və demokratiya məsələləri ilə məşğul olan təşkilatdırsa, niyə Rusiyada, Gürcüstanda, Azərbaycanda keçirilən seçkilərdən sonra müxalifət partiyalarının sədrlərini Avropa Şurasına dəvət edir və onlarla müzakirələr aparır, ancaq Ermənistandan bir nəfər də müxalifətdən olan siyasi partiyanın nümayəndəsi quruma çağırılmır? Ermənistanda bütün mətbuatın fəaliyyəti dayandırılıb. Buna da heç bir münasibət bildirilmir. Yalnız problemin aradan qaldırılması tövsiyə olunur. Biz bu ikili standartlara qarşı çıxış edirik. Aprel sessiyasında da bu məqamlar xüsusi diqqətə çatdırlacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR