Bank Of Baku

Səməd Seyidov: “Siyasi məhbus məsələsinin qabardılması Azərbaycanla Avropa Şurası arasında gərginlik yaradılmasına xidmət edir”

Səməd Seyidov: “Siyasi məhbus məsələsinin qabardılması Azərbaycanla Avropa Şurası arasında gərginlik yaradılmasına xidmət edir”
# 30 mart 2008 11:44 (UTC +04:00)
O bildirib ki, Azərbaycan demokratiya sahəsində inkişaf etməkdə olan dövlətdir və ölkədə insan haqları ilə bağlı problemlərin mövcudluğu təbii qəbul olunmalıdır: “Önəmlisi budur ki, ölkə rəhbərliyi, parlament və QHT-lər səviyyəsində insan haqları sahəsində problemlərin aradan qaldırılması istiqamətində zəruri addımlar atılır. Lakin bu məsələni siyasiləşdirmək və Azərbaycanın imicinə xələl gətirmək qəbuledilməzdir”. S. Seyidov AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin edəcəyi ilə bağlı deyilənlərə də toxunaraq bu məsələdə Azərbaycana ikili standartlarla yanaşıldığını söyləyib: “Təəssüf ki, bəzi AŞ PA nümayəndələri Azərbaycanda siyasi məhbusların olması ilə bağlı açıqlamalarla çıxış edirlər. Qonşu ölkədə mitinqdə iştirakına görə 200 nəfər həbs olunur, amma onlar siyasi məhbus kimi göstərilmir. Azərbaycanda bu sahədə problemlərin olduğunu deyənlər gözlərini bağlamasınlar və başqa ölkələrdə baş verənlərə də eyni gözlə baxsınlar. Əks təqdirdə, etiraf etsinlər ki, qaldırdıqları məsələlər siyasi məqsədlərə xidmət edir”. S. Seyidov Azərbaycanda siyasi məhbusların olmadığını deyib: “Heç kim Azərbaycanda insan haqları ilə bağlı problem olduğunu inkar etmir. Ancaq bu məsələdən Azərbaycana qarşı istifadə edilməsi düzgün deyil. Tutaq ki, Avropa Şurası məruzəçi təyin etdi. Kim o şəxslə işləyəcək? Bu addım vəziyyəti gərginləşdirəcək və Azərbaycana qarşı ikili standartların bariz nümunəsi olacaq”. S. Seyidov Avropa Şurasının özünə hörmət edən təşkilat olduğunu və belə bir addımı atmayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR