Bank Of Baku

Bakıda “Tarix: olduğu kimi” adlı beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Tarix: olduğu kimi” adlı beynəlxalq elmi konfrans keçirilir
# 30 mart 2008 11:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İrəli” Ümumrespublika Gənclər Hərəkatı, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə iki günlük “Tarix: olduğu kimi” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi məqamları açıqlayıb və bu faktların dünya ictimaiyyətinə çatdırılmasında dövlətin gördüyü işləri diqqətə çatdırıb. Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycan xalqının başına gətirilən soyqırım aktlarının beynəlxalq aləmə çatdırılması istiqamətində ölkə diplomatiyası zəruri addımlar atır. Onun sözlərinə görə, bir əsrdən artıqdır ki, ermənilər havadarlarının dəstəyi ilə regionda sabitliyi pozur, bölgənin inkişafına maneçilik törədirlər. Milli Məclisin sədr müavini Bahar Muradova isə Ermənistanın ləyaqətsiz mübarizə metoduna üstünlük verdiyini bildirib. O, bu səpkili tədbirlərin sayının artırılmasın vacibliyinə də toxunub: “Azərbaycanlıların soyqırıma məruz qalması ilə bağlı tədbirlər xaricdə daha çox təşkil olunmalıdır. Ümumilikdə isə təbliğatın daha təsiredici mexanizmi tapılmalıdır”. 2001-2006-cı illərdə ABŞ-ın BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasındakı səfiri olan Sichan Siv isə ailəsinin soyqırıma məruz qaldığını deyib. O, Kambocalı olduğunu və 1970-ci illərin əvvəllərində bu ölkədə baş verən hakimiyyət dəyişikliyindən sonra mənsub olduğu millətin soyqırıma məruz qaldığını söyləyib. Keçmiş səfir millətlərə qarşı yönələn bütün soyqırım aktlarını pislədiyini bildirib. Sonra konfransda “Faciənin tarixi” və “Danışır erməni elitası” adlı kitabın və eyni adlı filmin təqdimatı keçirilib. Qeyd edək ki, konfrans iki gün davam edəcək. Tədbirdə elmi araşdırmaların aparılması məqsədilə işçi qrupun yaradılması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR