Bank Of Baku

Azərbaycan sülhməramlılarının Kosovodan geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir

Azərbaycan sülhməramlılarının Kosovodan geri qaytarılması prosesinə başlanması ilə bağlı müzakirələr gedir
# 30 mart 2008 12:43 (UTC +04:00)
Bu barədə APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, Kosovodan geri qayıdacaq hərbçilərin daha sonra hansı ölkələrdə sülhyaratma əməliyyatlarında iştirak edəcəkləri hələ məlum deyil. Nazirlik təmsilçisi bununla bağlı sülhməramlılar Azərbaycana qayıdandan sonra qərar veriləcəyini deyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR