Bank Of Baku

ABŞ-ın BMT-dəki keçmiş səfiri: “BMT Azərbaycanda baş vermiş soyqırımlara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir”

ABŞ-ın BMT-dəki keçmiş səfiri: “BMT Azərbaycanda baş vermiş soyqırımlara görə hərbi tribunalın təşkili üçün siyasi iradə nümayiş etdirməlidir”
# 30 mart 2008 13:06 (UTC +04:00)
O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktları BMT tərəfindən pislənilməlidir: “Ermənistanın Azərbaycana təcavüzü baş verməməli idi. Ümumiyyətlə, belə hadisələr qınanmalı və mühakimə edilməlidir. BMT mürəkkəb təşkilatdır. Təşkilatın hər bir üzvü baş verənlərə qiymət verməlidir ki, soyqırıma görə hərbi tribunal təşkil edilsin”. Keçmiş səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə münasibət bildirməyib. O, ailə üzvlərinin soyqırıma məruz qaldığını da açıqlayıb: “Azərbaycandakı soyqırım hadisələrinə dair baxdığım filmdə deyilir ki, “qətllər törədilirdi, amma dünya bunu izləyirdi”. Vaxtilə yaşadığım Kambocada da eyni vəziyyət baş vermişdi. İnsanları öldürürdülər, dünya isə sakitcə izləyirdi. O vaxt yalnız 5 ölkə bunu pisləmişdi. Ümid edirəm ki, gələcəkdə beynəlxalq aləm belə hadisələrin qarşısını vaxtında ala biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR