Bank Of Baku

Müsavat Partiyası 31 mart soyqırımının ildönümü münasibətilə tədbir keçirib

Müsavat Partiyası 31 mart soyqırımının ildönümü münasibətilə tədbir keçirib
# 30 mart 2008 13:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Müsavat Partiyasının qərargahında anım tədbiri keçirilib. APA-nın məlumatına görə, partiyanın başqanı İsa Qəmbər öz çıxışında bu qətliamın erməni və bolşeviklərin birgə törətdiyi cinayət hadisəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu hadisəyə düzgün yanaşmanı Məmməd Əmin Rəsulzadə öz əsərlərində göstərib. İ. Qəmbərin fikrincə, bu soyqırımı faktı Azərbaycan ictimaiyyətinin şüurunda geniş yayılmayıb: “Bu kimi hadisələrin gələcəkdə də təkrarlanmamağı üçün faktın araşdırılması mütəxəssislərin əsas vəzifəsidir”. Tarix elmlər namizədi Məryəm Oruclu 31 mart soyqırımının ermənilərin əsrlər boyu həyata keçirdiyi qətliamların davamı olduğunu deyib. Onun sözlərinə görə, hadisə zamanı minlərlə Azərbaycan türkü qətlə yetirilib, etnik təmizləmə həyata keçirilib. Müsavat başqanını müavini, professor Qabil Hüseynli ermənilərin həyata keçirdiyi soyqırımı prosesinin uzun bir dövrü əhatə etdiyini deyib. Onun sözlərinə görə, bu proses Qars və İqdırdan başlayıb, Urmiya, İrəvan, Bakı, Quba, Neftçala və digər ərazilərdə davam edib. Natiq həyata keçirilən soyqırımı faktının böyük bir ərazini əhatə etdiyini və hadisə nəticəsində ümumilikdə 1,5 milyona qədər türkün qətlə yetirildiyini deyib. Müsavat Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ermənilərin türklər tərəfindən soyqırımına məruz qalması ilə bağlı yalançı təbliğat apardığını və müəyyən nəticələr əldə etdiklərini bildirib. O, hadisənin mahiyyətinin Azərbaycan və beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının vacib olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR