Bank Of Baku

Elmira Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək

Elmira Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək
# 30 mart 2008 13:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova martın 31-dən aprelin 4-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, E. Axundova MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək. MDB Parlamentlərarası Assambleyasının aprelin 3-4-də keçiriləcək tədbirləri çərçivəsində E. Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik tədqiqatının rus dilində çapdan çıxmış I və II cildlərinin təqdimat mərasimi də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR