Bank Of Baku

Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
# 30 mart 2008 14:31 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva açıb. Arazın hər iki tayında azərbaycanlılara qarşı törədilən kütləvi qırğınları, qarətləri xatırladan G. Baxşəliyeva 1905-1907, 1918-1920-ci illərdə İrəvanda, Zəngəzurda, Tiflisdə, Bakıda, Qarabağda, Naxçıvanda, Qubada dinc əhaliyə amansız divan tutulduğunu, 1918-ci ilin 31 martında Bakıda 30 mindən çox azərbaycanlının qətlə yetirildiyini bildirib. Tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi 1918-ci ilin 15 iyulunda Azərbaycan hökuməti yanında yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının erməni cinayətlərinin açılması, bu hadisələri törədənlərin cəzalandırılması sahəsində gördüyü böyük işlərdən danışıb: “Ələkbər bəy Xasməmmədovun rəhbərlik etdiyi komissiyanın materialları 36 cilddən, 3500 səhifədən ibarətdir. Mart hadisələrinə görə ümumilikdə 194 cinayət işi açılıb, Bakıda 24 nəfər, Şamaxıda isə 100 nəfər həbs olunub”. Digər çıxışlarda da ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR