Bank Of Baku

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı hadisələrindən 90 il ötür

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı hadisələrindən 90 il ötür
# 31 mart 2008 07:43 (UTC +04:00)
Erməni daşnak qüvvələrinin Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yerlə-yeksan edilib. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən 1653 qadını və minə yaxın uşağı qətlə yetiriblər. İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurası bu soyqırımı faktının araşdırılması üçün fövqəladə istintaq komissiyası yaradıb. Komissiya 31 mart soyqırımını, ermənilərin Şamaxıda törətdiyi vəhşilikləri, İrəvan quberniyası ərazisində insanlığa qarşı törədilən ağır cinayətləri araşdırıb. Bu faktların dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci il mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bu il martın 29-da Azərbaycan prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı müraciətində təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirdiyini qeyd edib. Prezident ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirildiyini, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu xatırladıb: “XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və digər faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR