Bank Of Baku

İsraildə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

İsraildə 31 mart  Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
# 31 mart 2008 08:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Mədəniyyət Mərkəzində Azərbaycan xalqının soyqırımı gününə həsr olunmuş açıq qapılar günü keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsrailin hər yerindən tədbirə qatılmış insanlar 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş fotosərgi və ədəbiyyatla tanış olublar. Tədbirdə qurumun Azərbaycan mədəniyyəti və tarixi irsinin qorunması komitəsinin sədri Yeganə Salman azərbaycanlıların uğradığı soyqırımı barədə geniş məruzə ilə çıxış edib. Tədbirin sonunda iştirakçıları prezident İlham Əliyevə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə başsağlığı məktubu göndərilməsinə qərar veriblər. Məktubda bildirilir ki, 1918-ci il martın 30-31-də Bakı və Azərbaycanın digər yerlərində baş vermiş görünməmiş terror, dinc əhalinin qırğına məruz olması Azərbaycanda yaşayan xalqların daim xatirəsində yaşayacaq: “Əslən Azərbaycandan olan və hazırda digər ölkələrdə yaşayanlar üçün Azərbaycanı siyasi və iqtisadi stabilliyə malik, inkişaf edən dövlət kimi görmək çox vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR