Bank Of Baku

YAP Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb

YAP Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb
# 31 mart 2008 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirlər planı çərçivəsində Heydər Əliyev Fondu ilə birlikdə “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Artıq bu istiqamətdə hazırlıqlar başlayıb. Fondla birlikdə H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev” multimedia CD-si hazırlanır və yubiley ərəfəsində işıq üzü görəcək. Bundan başqa, Təhsil Nazirliyi ilə birlikdə “Heydər Əliyev Olimpiadası” keçiriləcək. Aprel ayının sonunda Olimpiadaya yekun vurulması və qaliblərin mükafatlandırılması mərasiminin keçirilməsi planlaşdırılır. H. Əliyev irsinin öyrənilməsi və təbliğinə yönəlmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi konfrans təşkil ediləcək və konfransın materialları eyni adla kitab şəklində çap olunacaq. Partiya Mətbuat Şurası ilə birgə “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı konfrans, “Heydər Əliyev irsini öyrənirik!” devizi altında bölgələrdə tədbirlər də keçirəcək. Aprel ayında yubiley tədbirlərinə qoşulan partiyanın gəncləri arasında futbol turnirinə start veriləcək və mayın 8-də Bakıda turnirin qalibi müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR