Bank Of Baku

Akif Şahbazov: “Apardığımız danışıqlar göstərdi ki, müxalifətin indiki prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur”

Akif Şahbazov: “Apardığımız danışıqlar göstərdi ki, müxalifətin indiki prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur”
# 31 mart 2008 11:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müxalifət liderləri ilə aparılan danışıqlar göstərdi ki, prezident seçkilərində bu düşərgənin hazırkı prezidentə alternativ namizəd irəli sürmək imkanı yoxdur. Buna baxmayaraq, biz müxalifətin seçkiyə vahid şəkildə getməsi üçün bütün imkanlarımızdan istifadə etdik və bu təşəbbüsümüzün səmimi olduğunu göstərdik”. Bu açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov partiya lideri Rəsul Quliyevin təşəbbüsü ilə müxalifət liderləri arasında aparılan danışıqların yekununa münasibət bildirərkən deyib. O, belə cəhdlərin davam etdirilməsini vacib sayıb: “Azərbaycan xalqının mənafeyi baxımdan bir bayraq altında birləşmək cəhdi belə müsbət hal olardı. Mənim fikrimcə, bundan sonra prezident seçkiləri ilə bağlı geniş müzakirələrə vaxt sərf etməyə dəyməz. Kimlərsə manipulyasiya xarakterli mübarizə əzmini ortaya qoymuş olsa da, mənim üçün 2008-ci il prezident seçkiləri artıq qurtarıb”. A. Şahbazovun fikrincə, o, bu seçkilərdə hər hansı dəyişikliyin olacağına inanmır: “Biz seçkilərlə bağlı konkret nəticəyə gəlməmişik. Bizim yeganə məqsədimiz Rəsul Quliyevin Azərbaycana qayıtması ilə bağlıdır. O gəldikdən sonra siyasi mövqeyimizin necə olacağı barədə qərara gələcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR