Bank Of Baku

Rüstəm Məmmədov: “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair qanunvericilik təkmilləşdirilməlidir”

Rüstəm Məmmədov: “Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair qanunvericilik təkmilləşdirilməlidir”
# 31 mart 2008 11:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanda insan alverinin qarşısını alan qanunvericiliyin sərtləşdirilməsinə və genişləndirilməsinə ehtiyac var”. “Xəzər - Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin prezidenti Rüstəm Məmmədov APA-ya açıqlamasında deyib ki, Milli Məclisdə bu sahə ilə bağlı qanunlara yenidən baxılmalıdır. Onun sözlərinə görə, Azərbaycan Avropanın inkişaf edən ölkələrinin qanunvericilik bazasından bəhrələnməli və insan alverinin qarşısının alınması üçün daha təsirli mexanizmlər tapılmalıdır. Uşaqların bu problemdən daha çox əziyyət çəkdiyini də diqqətə çatdıran R. Məmmədov uşaq evlərində təbliğat işinin gücləndirilməsi təklifi ilə də çıxış edib: “Uzun illərdir ölkədə fəaliyyət göstərən barlar, mehmanxanalar insan alverinin qurbanlarının yuvasına çevrilib. Bu kimi əxlaqsızlıq ocaqlarında məskən salan insanların əksəriyyəti vaxtı ilə uşaq evlərində böyüyən Azərbaycan vətəndaşlarıdır. İmkansızlıq ucbatından sonradan insan alverinin qurbanına çevrilən bu adamların psixikası internat məktəblərdə pozulur. Bununla yanaşı uşaq evlərindən övladlığa götürülən azyaşlıların gələcək taleyi ilə bağlı nəzarət mexanizmi də yoxdur. Avropa ölkələrində isə bu məsələni dövlət həm maddi, həm də hüquqi baxımdan tənzimləyir. Sahibsiz uşaqları övladlığa götürən ailənin sosial statusu müəyyənləşdirilir və mütəmadi olaraq bu uşağın yaşayış tərzi haqda bilgi toplanılır. Hətta uşaqların özündən də izahat alınır. Bu proses uşaq yetkinlik yaşına çatana qədər davam edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR