Bank Of Baku

AXCP yaxın zamanlarda yeni qərargah almağa hazırlaşır

AXCP yaxın zamanlarda yeni qərargah almağa hazırlaşır
# 31 mart 2008 12:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) öz hesabına qərargah almaq fikrini qətiləşdirib və yaxın müddətdə bu istəyini həyata keçirəcək. Bu barədə APA-ya partiya sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, artıq partiyanın alacağı yer təxmini olaraq müəyyənləşib. Bir neçə münasib yerin olduğunu bildirən sədr müavini seçki ilində partiyanın qərargahsız fəaliyyət göstərməsinin mümkünsüz olduğunu vurğulayıb. H. Kərimov seçki prosesi başlayana kimi AXCP-nin yeni qərargahda fəaliyyət göstərəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR