Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 31 mart 2008 12:57 (UTC +04:00)
~Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qurumun mayın 12-ə təyin etdiyi mitinqə hazırlıq üzrə Təşkilat Komitəsi (TK) yaradılıb. Azadlıq Partiyasının sədri Əhməd Oruc TK-nin sədri seçilib. Yığıncaqda 1918-ci il mart soyqırımı, 2 aprel - Kəlbəcərin işğalı və İsrail parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı məsələlərə münasibət bildirilən bəyanat qəbul olunub. Qeyd edək ki, DUİ-də Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Azadlıq Partiyası təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR