Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 31 mart 2008 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda 31 mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün iki il öncə paytaxtın Səbayel bağında anım abidəsi ucaldılması ilə bağlı BAXCP Ali Məclisinin Nazirlər Kabinetinə müraciət ünvanladığı qeyd olunub. Yığıncaqda son günlər bir sıra beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığına hücumların olması haqda bəyanatlara da münasibət bildirib. “Haqlarında müvafiq məhkəmələrin hökmü ilə həbs qətimkan tədbiri seçilən mətbuat nümayəndələrinin törətdikləri hüquq pozuntularına görə həbs olunmalarına baxmayaraq, onların qanunvericiliyin tələblərinə müvafiq formada azad edilmələri məqsədəuyğun olardı”. BAXCP aclıq aksiyası keçirən KİV nümayəndələrinin bu aksiyanı dayandırmağa da çağırıb. İclasda mayın 15-dək partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfransları başa çatacağı və bundan sonra qurultayın keçiriləcəyi günün müəyyənləşəcəyi də bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR