Bank Of Baku

ADP-də seçki qərargahı formalaşdırılıb

ADP-də seçki qərargahı formalaşdırılıb
# 31 mart 2008 13:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il keçiriləcək prezident seçkiləri ilə bağlı seçki qərargahı formalaşdırıb. Bu barədə APA-ya məlumat verən partiyanın sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, qurum tam formalaşsa da, hələlik tərkib İdarə Heyətində təsdiq olunmayıb. Qərargahın əsas işi partiyanın namizədinin seçki hazırlıqlarını, təbliğatını, müşahidəçiliyi və digər vacib məsələləri həyata keçirməkdir. S. Cəlaloğlu yaxın günlərdə seçki qərargahının sədrinin müəyyənləşəcəyini və fəaliyyətə başlayacağını qeyd edib. Partiya sədri həmçinin, ADP-nin seçkilərlə bağlı iş planının da hazırlandığını deyib. Onun sözlərinə görə, planda seçki kampaniyası müddətində, səsvermə günü və ondan sonrakı mərhələdə atılacaq addımlar müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR